[:az]WMMAA-nın konqresi öz işinə başladı[:]
[:az]Hollandiyanın Amsterdam şəhərində Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) Avropa üzrə konqresi öz işinə başlayıb. WMMAA-nın prezidenti Vadim Finkelşteynin rəhbərliyi altında keçirilən toplantıda 30 ölkə iştirak edir. Ölkəmizi iclasda Azərbaycan MMA Federasiyasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov təmsil edir.
Qeyd edək ki, iclas zamanı MMA-ın gələcək inkişaf perspektivləri və 2017-ci ildə keçiriəcək yarışların təşkilati məsələləri müzakirə edilir. Konqres sabah işini yekunlaşdıracaq.[:]