[:az]Rövşən Həsənov: “M-1 yarışında təmsil olunmağımız böyük uğur sayılmalıdı”[:]
15 Noyabr 2016   /  MMA, Xəbərlər

[:az]Azərbaycan MMA Federasiyasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov M-1 Challenge 72-də fəxri qonaq qismində iştirak etmək üçün Moskvaya yollanıb. Federasiyanın rəsmi saytına açıqlama verən Rövşən Həsənov Azərbaycan idmançısı Taleh Nəcəfzadənin uğur qazanacağına inandığını bildirib:

“Bu gün Azərbaycanda digər idman növləri kimi MMA da inkişafdadır. M-1 Challenge kimi nüfuzlu yarışlarda Azərbaycan idmançılarını görmək böyük uğur sayılmalıdı. Əvvəllər biz yalnız tamaşaçı kimi iştirak edirdik. İndi isə əksər yarışlarda azərbaycanlı döyüşçülər mübarizə aparır. Yayda möhtəşəm M-1 Challenge yarışının Bakıda yüksək səviyyədə təşkil olunması Ümumdünya Qarışıq Döyüş Növləri Assosiyasiasıyla (WMMAA) sıx əməkdaşlıq etməyimizə təkan oldu.

Noyabrın 18-də M-1 Challenge 72-də ölkəmizi Taleh Nəcəfzadə təmsil edəcək. Məşqçilər onun yaxşı hazırlıq keçdiyi barədə məlumat verib. Ona böyük inamımız var. Qələbə qazanmaqla karyerasında daha böyük yarışlara dəvət alacaq. Federasiya rəhbərliyi üçün əsas məqsəd idmançılarımızın beynəlxalq yarışlarda iştirakını təmin etmək, gənc nəslin bu idman növünə olan marağını artırmaqdır. İnanıram ki, MMA qarşıdakı illərdə daha çox inkişaf edəcək”.[:]

Comments are closed.