[:az]Mirko Filipoviç karyerasını başa vurdu[:]
[:az]Məşhur idmançı Mirko Kro Kop Filipoviç karyerasını başa vurduğunu açıqlayıb. 42 yaşlı xorvat döyüşçü Qran-Pridə qazandığı qələbədən sonra bu qərarı qəbul edib.
Səhhətində ciddi problemlərin olduğunu söyləyən Filipoviç belə qərarı ailəsinə görə qəbul etdiyini bildirib. Onun sözlərinə görə 2 ay ərzində tam sağalacağı halda vida görüşü keçirmək niyyətindədir. Əks halda bir daha rinqə çıxmayacaq.
Mirko Kro Kop Filipoviç gələcəkdə məşqçi kimi fəaliyyət göstərmək istədiyini söyləyib.[:]