[:az]M-1 Challenge 67: Biletlər satışa çıxarıldı[:]
[:az]Azərbaycan paytaxtı ilk dəfə M-1 Challenge 67-yə ev sahibliyi etməyə hazırlaşır. Mötəbər yarışın Bakıda keçiriləcək görüşləri “Odlar Yurdunda döyüş” adı altında baş tutacaq.
İyunun 4-ü “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışın biletləri artıq satışa çıxarılıb. Biletləri şəhərin kassalarında və “ASAN” xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Əlaqə nömrələrini diqqətinizə çatdırırıq:
598 17 72
598 17 73
598 17 74
Qeyd edək ki, “Odlar Yurdunda döyüş” saat 18:30-da başlayacaq. [:]