[:az]Məğlubiyyətsiz Maqomed İdrisov Bakıya gəlir[:]
[:az]İyunun 4-də Bakıda keçiriləcək “Odlar Yurdunda döyüş” gecəsində məşhur idmançı Maqomed İdrisov da çıxış edəcək. Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyası və Azərbaycan MMA Federasiyasının təşkilatçılığıyla baş tutacaq M-1 Challenge 67-də İdrisovun rəqibi hazırkı çempion İvan Buxenger olacaq.
Qeyd edək ki, Maqomed İdrisov M-1 Challenge-də keçirdiyi bütün altı görüşdə qələbə sevinci yaşayıb.
M-1 Challenge 67 “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək və saat 18:30-da başlayacaq. [:]