[:az]Etiqad Atakişiyev qayıdır[:]
[:az]Bakıda keçiriləcək “Odlar Yurdunda döyüş”də iştirak edəcək Azərbaycan təmsilçilərindən daha birinin adı açıqlanıb. Azərbaycan MMA Federasiyasından verilən məlumata görə 3 illik fasilədən sonra MMA üzrə ilk azərbaycanlı dünya çempionu Etiqad Atakişiyev doğma azarkeşlər önündə rinqə çıxacaq.
Artıq iki aydır məşqləri bərpa edən Atakişiyev son günlər hazırlığı intensivləşdirib. İyunun 4-də gecənin əsas döyüşlərindən biri məhz Etiqad Atakişiyevin görüşü olacaq.
Qeyd edək ki, “Odlar Yurdunda döyüş” adlandırılan M-1 Challenge 67 Azərbaycanda ilk dəfə keçirilir. “Sərhədçi”də baş tutacaq görüş saat 18:30-da başlayır. [:]