[:az]Elgün Yusifov Avropa çempionatında bürünc medal qazandı[:]
[:az]İspaniyanın Madrid şəhərində MMA üzrə Avropa çempionatı keçirilib. 25 ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıb. Baş məşqçi Natiq Hüseynovun rəhbərliyi altında çıxış edən milli komandamız 1 medal qazanıb.
93 kq-dan yuxarı çəkidə yarışan Elgün Yusifov ilk dəfə çıxış etdiyi qitə birinciliyində bürünc medala layiq görülüb. İki idmançımız 1\4 finalda mübarizəni dayandırıb.[:]