[:az]”AZMMAF “Kuboku”nun qalibləri məlum oldu[:]
[:az]Azərbaycan MMA Federasiyası ilin ilk yarışını təşkil edib. AZMAAF-ın mətbuat xidməti xəbər verir ki, 9-10 mart tarixlərində “Azərbaycan MMA Federasiyasının Kuboku” uğrunda yarış keçirilib. Turnirdə 200-dən çox idmançı 7 çəki dərəcəsində mübarizə aparıb. Bütün klubların təmsil olunduğu yarışda mükafatçılar Azərbaycan millisinin təlim-məşq toplanışına dəvət olunacaq.
Final görüşlərində qələbə qazanan Kənan Mərdanzadə,İlham Novruzov,Bayram Şəmmədov,Fuad Əliyev,Xəzər Rüstəmov,Əliisgəndər Əliyev,Rüfət Abdullayev,Nəbi Məmmədov, Səxavət Məmmədov,Fətəli Talıbov,Xəyal Qəhrəmanlı, Anar Əzizli, Samir Məmmədov, İbrahim Hüseynov, Tural Məmmədov,Vüqar Məhərrəmli,Tərlan Bağayev,Rəşad Xəlilov,Kamran Məsimov,Şahlar İsmayılov,Elşən İsmayılov,Mehdi Mirzəzadə,Arzuman Abbasov və Nizami Qasımov qızıl medala layiq görülüb.
Daha çox medal qazanan “Olimpia” İdman Klubu komanda hesabında birinci yeri tutaraq “AZMMAF Kuboku”na sahib çıxıb.
[:]