[:az]”AZMAAF Kuboku” uğrunda yarış keçiriləcək[:]
[:az]Azərbaycan MMA Federasiyası ilin ilk yarışına hazırlığı başa vurub. AZMAAF-ın mətbuat xidməti xəbər verir ki, 9-10 mart tarixlərində “Azərbaycan MMA Federasiyasının Kuboku” uğrunda yarış keçiriləcək.
Turnirdə 200-dən çox idmançı 7 çəki dərəcəsində mübarizə aparacaq. Bütün klubların təmsil olunduğu yarışda mükafatçılar Azərbaycan millisinin təlim-məşq toplanışına dəvət olunacaq.
Qeyd edək ki, turnir Azərbaycan Boks Federasiyasının idman kompleksində təşkil olunacaq.
[:]