[:az]Zaur Hacıbabayev ilin ən yaxşı idmançısı seçildi – FOTOREPORTAJ[:]
[:az]MMA üzrə dünya və Avropa çempionu Zaur Hacıbabayev “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb. Sportpress.az xəbər verir ki, Gənclər və İdman nazirliyi və “Sportsman” jurnalının təşkilatçılığıyla 2014-cü ilin ən yaxşı idmançıları, məşqçiləri və federasiyasının adı açıqlanıb.
Olimpiya idman növləri üzrə 2014-cü ilin ən yaxşı idmançısı sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev olub. Qeyri olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı kimi Zaur Hacıbabayev mükafatlandırılıb. İdmançıya mükafatı yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov təqdim edib.
Qeyd edək ki, Zaur Hacıbabayev 2014-cü ildə dünya, Avropa və Asiya çempionatlarının qalibi olub.