[:az]Zaur Hacıbabayevə qarşı haqsızlıq[:]
[:az]
Qazaxıstanda təşkil edilən M-1 Challenge 101 turnirində Azərbaycan idmançısı Zaur Hacıbabayevə qarşı haqsızlıq olub. Bu barədə Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov sosial şəbəkədəki səhifəsində yazıb: “Hacıbabayevin azərkeşlərinə və Azerbaijan MMA həvəskarlarına! Dəstəyinizə görə hər kəsə minnətdaram. Qazaxstana bizi cox səmimi qarşılamaqlarına və möhtəşəm M-1 doyuş gecəsinə gorə minnətdaram. Biswasraj Flooring şirkətinə minnətdaram. Zaurun doyüşundən sonra döyüşün nəticəsiylə bağlı çoxlu zənglər və direktə çoxlu məktublar gəlib. Hər kəsin fikrincə Zaur qalib gəlib. Yazanlar mənim nəticəylə baglı fikirlərimi bilmək istəyirdilər. Mənim şəxsi fikrim odur ki 1-ci və 3-cü raundların qalibi Zaurdu, 2-ci raundun galibi Boserdi. İkinci raundda baş toqquşması və qaş yaralamasından sonra Zaurun gözlərinə qan süzülürdü, o da bizim döyüşçümüzün döyüşün sərbəst dəvam etməsinə cox manə old. Zaura cəmi 30-40 saniyyə çatmadı ki döyüşü vaxtından əvvəl bitirsin və bununla hakimin qərarına nöqtə qoysun. Qarşılaşma agir cəki üçün baxımlı və dinamik keçdi . Hakimin qərarıyla narazı olmağıma baymayaraq, apellyasiyaya müraciət etmədik. Öz tərəfimdən Zaura keçirtdiyi döyüşə gorə, əsl döyüşçü xusiyyətinə məxsus olan sonadək mübarizə aparmasına görə təşəkkür bildirirəm. Ən əsas Zaur üzülməli deyil. Zaur M-1in ağır cəkidə dünya çempionu kəməri üzrə döyüşməyə layiqdir! İnşAllah o gündə qələçək!”.
Qeyd edək ki, hakimlər ABŞ təmsilçisi Tanner Boserlə görüşü bərabər səviyyədə qeydə almaqla yekun nəticəni heç-heçəylə qiymətləndirib.
[:]