Yemelyanenko dopinq testdən keçəcək
10 yanvar 2017   /  Xəbərlər

2017-ci ildə ilk görüşə hazırlaşan MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko Amerika Birləşmiş Ştatlarında dopinq testdən keçəcək. Bu barədə məlumatı yarışın təşkilatçısı “Bellator”un rəhbəri Skott Koker söyləyib.

Artıq məşqlərə başlayan Fyodr Yemelyanenkoya təlim-məşq dövründə digər idmançılar – Kiril Sidelnikov, Vadim və Viktor Nemkov, Anatoliy Tokov, Artur Astaxov kömək edəcək. İki mərhələdən ibarət hazırlıqda Yemelyanenko gün ərzində 8 saat məşq edəcək.

Qeyd edək ki, fevralın 18-də ABŞ-da baş tutacaq “Bellator 171” döyüş gecəsində Fyodr Yemelyanenko yerli idmançı Mett Mitrionla qarşılaşacaq.

Comments are closed.