Yemelyanenko: “Beyder Bellator Qran-Prisində ən yaxşı döyüşçüdür”
14 yanvar 2019   /  Xəbərlər

Bellatorda iştirak edəcək Rusiyanın məşhur idmançısı Fyodr Yemelyanenko Qran-Pri haqqında fikirlərini bildirib. MMA üzrə dəfələrlə dünya çempionu olan Yemelyanenko səbrsizliklə görüşü gözlədiyini söyləyib: “Qran-Pridə Rusiyanı yalnız mən təmsil edirəm. Əsas mərhələdə Vətənimdən ancaq Yemelyanenko iştirak edir. Bu qürurvericidir. Növbəti rəqib Rayan Beyder olacaq. Uduzan idmançı yarışı tərk etdiyindən rəqabət çox yüksəkdir. Fikrimcə Beyder Qran-Pridə ən yaxşı döyüşçüdür. Ona görə mənə çox çətin olacaq”.

Qeyd edək ki, Fyodr Yemelyanenko-Rayan Beyder arasında görüş yanvarın 26-da keçiriləcək.

Comments are closed.