[:az]Yemelyanenko “Bellator”la müqavilə imzaladı[:]
27 Noyabr 2016   /  MMA

[:az]MMA-ın canlı əfsanəsi, dünya çempionu Fyodr Yemelyanenko ABŞ-ın “Bellator” promşn şirkətiylə müqavilə imzalayıb. Razılaşmaya əsasən məşhur idmançı “Bellator”un təşkil etdiyi 4 döyüşdə iştirak edəcək.

İlk belə döyüş 2017-ci ildə fevralın 18-də keçiriləcək. Fyodr Yemelyanenkonun rəqibi UFC döyüşçüsü Mett Mitrion olacaq.

Fyodr Yemelyanenko müqavilə barədə bunları deyib: “Bellator”un yarışlarını izləmişəm. Kifayət qədər güclü idmançıları var. Müqaviləyə əsasən 4 görüşlərində iştirak edəcəm. Mənə inandıqları üçün təşəkkür edirəm. Bütün görüşlərdə maksimum güc nümayiş etdirməyə çalışacam”.[:]

Comments are closed.