Yandiyev Butenkonu “duel”ə çağırdı
07 dekabr 2016   /  MMA

MMA döyüşçüsü Abukar Yandiyev sosial şəbəkədəki səhifəsində M-1 Globala müraciət edib. İdmançı yüngül çəkidə çempion olan Aleksandr Butenkoyla döyüşmək istədiyini bildirib: “M-1 Aleksandr Butenko üçün rəqib axtarır. Mən bu görüşdə yarışmaq istəyirəm. Çəkimi 84 kq-dan 70-ə azaltmağa hazıram. M-1 razılıq verərsə Butenkonu məğlub etməklə dünya çempionu kəmərini İnquşetiyaya aparmaq istərdim. M-1-ə müraciət edirəm. Gəlin bu görüşü təşkil edək. Butenkoyla duel mənim üçün əsl sınaq olacaq”.

 

Comments are closed.