Vadim Finkelşteyn: “Tramp həmişə Yemelyanenkoya azarkeşlik edib”
17 fevral 2017   /  Xəbərlər

M-1 Global-ın prezidenti Vadim Finkelşteyn RT-yə müsahibəsində ABŞ prezidenti Donald Trampın MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenkoya azarkeşlik etdiyini bildirib. WMMAA rəhbəri Trampla tanışlığından danışıb: “Donald Trampla tanışlığımız mma vasitəsilə alınıb. Onunla birgə ABŞ-da iki möhtəşəm yarış təşkil etmişik. Əminliklə deyə bilərəm ki, Tramp uğurlu biznesmendir. Eyni zamanda qarışıq döyüş növlərinin həvəskarıdır. Fyodr Yemelyanenkonun azarkeşidir. Orlovskiylə döyüşü xatırlayıram. Rəqib ABŞ-ı təmsil etsə də, Tramp Yemelyanenkoya dəstək olurdu. Nokaut vaxtı onun reaksiyasını indiyə qədər xatırlayıram”.

 

 

Oxşar xəbərlər

Comments are closed.