Vadim Finkelşteyn: “MMA olimpiadanın proqramına daxil ediləcək”
06 noyabr 2016   /  MMA, Xəbərlər

Ümumdünya MMA Assosiasiyasının prezidenti Vadim Finkelşteyn yaxın gələcəkdə MMA – qarışıq döyüş növlərinin gələcəkdə olimpiya oyunlarının proqramına daxil ediləciyini bildirib. WMMAA prezidenti fikrini belə əsaslandırıb: “Əminəm ki, yaxın gələcəkdə MMA olimpiya oyunlarının proqramına daxil ediləcək. Bu fikri söyləməyə ciddi əsaslarım var. Bir neçə il əvvəl bu barədə düşünəndə qarşımızda dayanan vəzifələri müzakirə edirdik. İlk olaraq idman növünün ən azı 50 ölkədə nümayəndəliyinin olması vacibdir. Bu gün WMMAA-nın 60 ölkədə nümayəndəsi fəaliyyət göstərir. 3 qitədə müxtəlif yarışlarımız təşkil olunub. MMA-ya olan maraq ilbəil artır.

Olimpiya hərəkatında olan əsas şərtlərdən biri idman növünün müxtəlif yaş kateqoriyasına aid olmasıdır. Biz son konqresdə yeniyetmələr arasında turnirlərin keçirilməsi barədə qərar qəbul etmişik. 16-18 yaşlı yeniyetmələr müvafiq yarışlarda mübarizə aparacaq. Artıq qaydalarımız təsdiqlənib. MMA-la məşğul olmaq istəyənlər 12 yaşından məşqlərə başlaya biləcəklər. Qadınlar arasında da yarışlarımız təşkil olunur. Hələlik yalnız 2 çəkidə keçirilir.

Fikrimcə 2024 və ya 2028-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarının proqramına daxil edilməklə bağlı müraciət edə bilərik. Hazırda MMA-ın müxtəlif ölkələrdə inkişaf etdirilməsi üçün işlər aparılır”.

Comments are closed.