Ukraynalı boksçu Vitali Kliçko xəstəxanaya yerləşdirilib
02 fevral 2019   /  Xəbərlər

Ukraynanın paytaxtı Kiyevin meriVitali Kliçko Avstriyanın Sankt-İohann-in-Tirol şəhərində xəstəxanaya yerləşdirilib.

“Report”un məlumatına görə, məşhur boksçu hazırda müayinə və bərpa prosesi keçir.

Onun çiynindəki köhnə zədənin təsirinin özünü büruzə verdiyi bildirilir. Merə tibbi müdaxilənin xizək gəzintisi ilə bağlı olmadığı da vurğulanıb. Kliçkonun cərrahi əməliyyatına ehtiyac duyulmayıb.

Comments are closed.