[:az]Taleh Nəcəfzadə: “Mənə yalnız qələbə lazımdır”[:]
15 Noyabr 2016   /  MMA

[:az]Noyabrın 18-də Rusiyanın paytaxtı Moskvada MMA üzrə M-1 Challenge 72 turniri keçiriləcək. Mötəbər yarışda Azərbaycan çempionu, Dünya Kubokunun finalçısı və Avropa çempionatının gümüş medalçısı Taleh Nəcəfzadə də iştirak edəcək.

Artıq Moskvaya yollanan idmançısı Azərbaycan MMA Federasiyasının rəsmi saytına döyüş haqda fikirlərini bildirib: “Çox çətin görüş olacaq. Rəqibim Xorvatiyanı təmsil edir. “Kliçko” ləqəbli idmançıdır. Yüksək texnikaya malikdir. Peşəkar rinqdə yalnız bir görüşdə məğlub olub. Məşqçilərlə onu təhlil etmişik. Fikrimcə güclü rəqib olmasına baxmayaraq hər şey özümdən asılıdır. Mənə yalnız qələbə lazımdır. Karyeramın ən vacib görüşlərindən birinə çıxıram. Vətənə qalib kimi qayıtmaq üçün sona qədər döyüşməyə tam hazıram”.

Qeyd edək ki, M-1 Challenge 72 yarışı Rusiya ilə yanaşı daha dörd ölkədə televiziya vasitəsilə canlı yayımlanacaq.[:]

Comments are closed.