Rövşən Həsənov Vadim Finkelşteynlə görüşdü
18 dekabr 2016   /  Xəbərlər

Azərbaycan MMA Federasiyasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov Sankt-Peterburqa işgüzar səfərə yollanıb. Səfər zamanı AZMMAF-ın rəhbəri Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteynlə görüşüb.

Görüş zamanı Azərbaycanda MMA-ın vəziyyəti və gələcək perspektivi barədə danışılıb. WMMAA-nın rəhbəri yayda Bakıda təşkil olunan M-1 Challenge 67 silsiləsindən olan “Odlar Yurdunda döyüş” mötəbər yarışının yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. Azərbaycanda MMA-ya böyük marağın olduğunu söyləyən Vadim Finkelşteyn ölkəmizlə gələcəkdə də qarşılıqlı əməkdaşlıq edəcəyini söyləyib.

Dəstəyə görə təşəkkür edən AZMMAF-nın prezidenti Rövşən Həsənov bir neçə gün əvvəl MMA üzrə ölkə çempionatının keçirildiyini bildirib. İlbəil bu idman növünə olan marağın artdığını deyən R.Həsənov beynəlxalq yarışlarda idmançılarınızın qazandığı nəticələr barədə məlumat verib.

Comments are closed.