“Odlar Yurdunda döyüş”ün unudulmaz anları
06 iyun 2016   /  Xəbərlər

İyunun 4-də Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur “M-1 Challenge 67” “Odlar Yurdunda döyüş” adı altında turnir keçirilib. Azərbaycan MMA Federasiyasının mətbuat xidməti xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən olan idmançıların iştirakı ilə 10 döyüş baş tutub.

Turnirdə Azərbaycanı üç idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir. “Baku Fighter” klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb. Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raunddunda rəqibindən güclü olub .

Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində “M-1” yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.

Comments are closed.