Moskvada ilk UFC gecəsi baş tutdu
17 sentyabr 2018   /  MMA, Xəbərlər

Moskvada UFC üzrə ilk döyüş gecəsi baş tutub. Yarışda 22 görüş keçirilib. 15 tamaşaçının izlədiyi yarış unudulmaz anlarla yadda qalıb.

Ümumilikdə təşkilatçılar yarışa olan maraqdan razı qalıb. Gələn il UFC üzrə daha bir yarışın Rusiyada keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, UFC yarışında fəxri qonaq qismində Azərbaycan MMA Federasiyasının prezidenti, WMMAA-nın vitse-prezidenti Rövşən Həsənov da iştirak edib.

Comments are closed.