[:az]Moskva möhtəşəm UFC gecəsinə hazırdı[:]
13 Sentyabr 2018   /  Xəbərlər

[:az]Sentyabrın 15-də Rusiya paytaxtı Moskvanın Olimpiyskiy arenasında UFC üzrə ilk turnir keçiriləcək. Artıq yarış iştirakçılarının rəqibləri məlumdur.

Ümumilikdə 12 görüş təşkil olunacaq. Gecənin əsas görüşü Rusiya təmsilçisi Aleksey Oleyniklə Yeni Zelandiya idmançısı Mark Hanta arasında olacaq.

Qeyd edək ki, UFC üzrə Moskvadakı ilk turnirdə bir sıra tanınmış ictimai-siyası xadimlər, mədəniyyət adamları iştirak edəcək. Dəvətlilər arasında Azərbaycan MMA Federasiyasının prezidenti, WMMAA-nın vitse-prezidenti Rövşən Həsənov da var.

 [:]

Comments are closed.