MMA yeni qaydalar tətbiq etdi
21 fevral 2019   /  Xəbərlər

UFC təşkil etdiyi bütün yarışlar üçün yayımı ödənişli etdikdən sonra Rusiya ərazisində pulsuz yayım dayandırılıb. Hətta MATÇ TV,MATÇ BOEÇ və SİLA TV kimi kanallar artıq UFC yarışlarını yayımlamaq imkanına malik deyil.

Məsələyə münasibət bildirən M-1 Globalın rəhbəri Vadim Finkelşteyn qərara hörmətlə yanaşdığını bildirib: “Ödənişli yayım bütün dünyada tətbiq olunur. Bu yarış üzərində çalışan böyük və təcrübəli heyətin işinə hörmət hesab olunur. Yeni ildən biz də yeni yayım sisteminə keçmişik. Tədricən MMA yarışlarına da ödənişsiz baxmaq mümkün olmayacaq. Nəzərə alaq ki, kiçik simvolik ödəniş təşkilatçıya böyük motivasiya verir, məsuliyyəti artırır”.

Qeyd edək ki, Azərbaycan ərazisində M-1 Global yarışlarının eksklüziv yayımı Azərbaycan MMA Federasiyasına məxsusdur.

Comments are closed.