[:az]MMA döyüşçülərimiz parlaq qələbə qazandı[:]
11 Aprel 2016   /  Foto, Kateqoriyasız, MMA, Müsahibə, Video, Xəbərlər, Yarışlar

[:az]Rusiyanın paytaxtı Moskvada MMA üzrə OPLOT – Challenge 109 turniri keçirilib. Sportpress.az xəbər verir ki, yarışda Azərbaycanı “Baku Fighters” klubunun idmançıları təmsil edib. Dünya və Avropa çempionu Zaur Hacıbabayev Rusiya idmançısı Amal Çeçuxovu üstələyib. Hacıbabayev inamlı qələbə qazanıb. Görüş vaxtından əvvəl başa çatıb və hakimlər Azərbaycan idmançısını qalib elan edib. Avropa çempionatının finalçısı Taleh Nəcəfzadə isə Minkail Kerimovu (Rusiya) üstələyib. Rəqib ilk raunddan sonra görüşü davam etdirməkdən imtina edib.[:]

Comments are closed.