Mirko Filipoviç karyerasını başa vurdu
10 yanvar 2017   /  Xəbərlər

Məşhur idmançı Mirko Kro Kop Filipoviç karyerasını başa vurduğunu açıqlayıb. 42 yaşlı xorvat döyüşçü Qran-Pridə qazandığı qələbədən sonra bu qərarı qəbul edib.

Səhhətində ciddi problemlərin olduğunu söyləyən Filipoviç belə qərarı ailəsinə görə qəbul etdiyini bildirib. Onun sözlərinə görə 2 ay ərzində tam sağalacağı halda vida görüşü keçirmək niyyətindədir. Əks halda bir daha rinqə çıxmayacaq.

Mirko Kro Kop Filipoviç gələcəkdə məşqçi kimi fəaliyyət göstərmək istədiyini söyləyib.

Comments are closed.