M-1 Challenge: Butenko Sikeyroya qarşı mübarizə aparacaq
09 yanvar 2019   /  Xəbərlər

Yanvarın 26-da Çinin Harbin şəhərində qarışıq döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək. M-1 Challenge gecəsində əsas döyüş sabiq çempion Aleksandr Butenkoyla Jan Sikeyro arasında olacaq.

Qeyd edək ki, 2018-ci il Aleksandr Butenko üçün uğursuz olub. Titulunu itirən idmançı uzun müddət rinqdən kənarda qaldı. Müxtəlif səbəblərə görə məşqlərdə iştirak etməyən Butenko Kori Nelsonla görüşdə zədələndiyinə görə döyüş yarımçıq dayandırıldı. Çində keçiriləcək yarış azarkeşlərin etimadını qaytarmaq baxımından əla imkan sayılır.

“Pitbul” ləqəbiylə tanınan rəqibi Jan Sikeyro beş il ərzində keçirdiyi 19 görüşdən 16-da inamlı qələbə qazanıb.

Comments are closed.