M 1 Challenge 97 TATFIGHT 7: Spenser Cebb Vladimir Tyurina qarşı
03 sentyabr 2018   /  MMA, Xəbərlər

Sentyabrın 28-də Kazan şəhərində qarışıq təkbətək döyüş növləri üzrə M 1 Challenge 97 turniri keçiriləcək. Gecənin əsas görüşündə Spenser Cebb (Kanada) və kikboksinq üzrə dünya çempionu Vladimir Tyurin qarşılaşacaq.

Spenser Cebb cəmi 2 il əvvəl qarışıq döyüş növlərində çıxış etməyə başlayıb. Debütdə uğursuzluğa düçar olan idmançı sonradan toparlanaraq daha iki görüşdə iştirak edib. Vladimir Tyurinlə görüş onun gələcək karyerası baxımından önəmlidir.

Vladimir Tyurin Rusiyada peşəkar kikboksinq üzrə bir sıra turnirlərdə qələbə qazanıb. Peşəkar kikboksinq üzrə Avrasiya çempionu eləcə də dünya çempionatının qalibidir. MMA-da keçirdiyi yeddi görüşdən dördündə qələbə qazanıb.

Comments are closed.