M-1 Challenge 96: Miçel Silva Aleksey İlenkoya qarşı
06 avqust 2018   /  MMA, Xəbərlər

Avqustun 25-də Sankt Peterburq şəhərində M-1 Challenge 96 adlı beynəlxalq turnir keçiriləcək. Gecənin əsas görüşlərindən biri Miçel Silvayla (Braziliya) Aleksey İlenko (Rusiya) arasında olacaq. Hər iki idmançı qarışıq döyüş növlərində perspektivli idmançılardan sayılır.

Miçel Silva peşəkar karyerası ərzində 19 görüş keçirib. Bunlardan 7 görüşdə qələbə qazanıb. Yalnız 1 dəfə rinqi məğlubiyyətlə tərk edib. Fiziki hazırlığıyla diqqəti cəlb edən Silva rinqdə əzmkar mübarizəylə seçilir.

Aleksey İlenko mediada “fenominal”döyüş kimi ad çıxarıb. Peşəkar rinqdə keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. 8 döyüşdən sonra məğlubiyyət acısı yaşamayan İlenko 20 yaşı olmasına baxmayaraq güclü zərbələriylə rəğbət qazanıb.

Comments are closed.