[:az]M-1 Challenge 95: Zaur Hacıbabayev Yuriy Protsenkoya qarşı[:]
20 İyul 2018   /  MMA, Xəbərlər

[:az]İyulun 21-də İnquşetiya Respublikasında mma üzrə M-1 Challenge 95 beynəlxalq döyüş gecəsi keçiriləcək. Azərbaycan MMA Federasiyası xəbər verir ki, gecədə ölkəmizi dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edəcək. Uzun müddət zədədən əziyyət çəkən titullu idmançımızın rəqibi Ukrayna təmsilçisi Yuriy Protsenko olacaq.

Qeyd edək ki, 93 kq-da çıxış edəcək Zaur Hacıbabayev peşəkar rinqdə 8 görüş keçirib və bunlardan 6-da inamlı qələbə qazanıb. İki görüşdə uduzan Hacıbabayev iyulun 21-də qələbəylə yadda qalmaq niyyətindədir.

 [:]

Comments are closed.