M-1 Challenge 75
17 fevral 2017   /  Xəbərlər

Martın 3-də Moskvada “Olimpiyskiy” idman arenasında qarışıq döyüş növləri üzrə M-1 Challenge 75 yarışı keçiriləcək. 12 görüşün baş tutacağı gecədə titullu döyüşçülərlə yanaşı gənc idmançılar da iştirak edəcək.

Gecənin əsas görüşündə Pol Bredli və Aleksandr Şlemenko üz-üzə gələcək. Bredli bu görüşün onun üçün vacib olduğunu deyib: “Şlemenko güclü texnikaya malikdir. Bu mənada görüşün çətin olacağına əminəm. Yaxşı hazırlaşmışam. Qanlı döyüş olacaq. Rəqibdən güclü olduğumu sübut etmək üçün əla fürsətdir. Həm də maddi baxımdan yaxşı qazana bilərəm. Şlemenkoya yerini göstərməyə hazır olacam”.

Aleksandr Şlemenko isə görüşdən əvvəl ehtiyatlı danışıb: “Pol Bredli məni yaxşı tanıyır. Ona qarşı hazırlaşmaq asan deyil. Çünki görüş zamanı üslubunu tez-tez dəyişir. Bredliyə sözümü rinqdə deyəcəm. Çalışacam məni illərlə xatırlasın”.

Comments are closed.