M-1 Challenge 67 Azərbaycanda keçiriləcək
15 may 2016   /  MMA, Xəbərlər

Dünyanın məşhur M-1 Challenge yarışı Azərbaycan paytaxtı Bakıda keçiriləcək. Azərbaycan MMA Federasiyasından verilən məlumata görə, M-1 Challenge 67 iyunun 4-ü Bakıda təşkil olunacaq. Mötəbər yarışda bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində 15 ölkənin idmançısının iştirak edəcəyi M-1 Challenge 67 Bakıdan dünyanın 150 ölkəsinə canlı yayımlanacaq.

Qeyd edək ki, anoloji turnir Azərbaycan paytaxtında ilk dəfə keçirilir. Tədbirin təşkilatçıları Azərbaycan MMA Federasiyası, Gənclər və İdman Nazirliyi eləcə də Milli Olimpiya Komitəsidir.

Comments are closed.