M-1 Challenge 101-də iki titul uğrunda döyüş keçiriləcək
25 fevral 2019   /  Xəbərlər

Martın 30-da Qazaxıstanda qarışıq döyüş növləri üzrə M-1 Challenge 101 turniri keçiriləcək. Yarışda iki titul uğrunda görüş baş tutacaq.

77.1 kq çəki dərəcəsində Qazaxıstan təmsilçisi Şavkat Raxmonov ardıcıl 10 qələbədən sonra titul uğrunda görüşə çıxacaq. Onun rəqibi rusiyalı gənc və perspektivli idmançı Danila Prikaza olacaq.

Digər titul uğrunda görüşdə isə hazırkı çempion Hadis İbrahimov kəməri saxlamaq üçün Rafal Kiyançuku məğlub etməyə çalışacaq.

Qeyd edək ki, ümumilikdə gecədə 12 görüş olacaq.

Comments are closed.