Məğlubiyyətsiz Maqomed İdrisov Bakıya gəlir
15 may 2016   /  Xəbərlər, Yarışlar

İyunun 4-də Bakıda keçiriləcək “Odlar Yurdunda döyüş” gecəsində məşhur idmançı Maqomed İdrisov da çıxış edəcək. Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyası və Azərbaycan MMA Federasiyasının təşkilatçılığıyla baş tutacaq M-1 Challenge 67-də İdrisovun rəqibi hazırkı çempion İvan Buxenger olacaq.

Qeyd edək ki, Maqomed İdrisov M-1 Challenge-də keçirdiyi bütün altı görüşdə qələbə sevinci yaşayıb.

M-1 Challenge 67 “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək və saat 18:30-da başlayacaq.

Comments are closed.