İdmançılarımız Bəhreyndə
11 noyabr 2018   /  Xəbərlər

MMA üzrə Azərbaycan milli komandası dünya çempionatında iştirak etmək üçün Bəhreynə yollanıb. Etiqad Atakişiyev və Heydər Məmmədəliyevin rəhbərliyi altında iki təlim-məşq toplanışında iştirak edən döyüşçülər ilin əsas yarışına tam hazırlıq keçib.

Qeyd edək ki, noyabrın 15-də Bəhreyndə mma üzrə ilin seçilən idmançı və məşqçilərinə mükafatlar təqdim olunacaq. Azərbaycan MMA Federasiyasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov da tədbirə fəxri qonaq kimi dəvət olunub.

Comments are closed.