[:az]Heydər Məmmədəliyev: “Bütün yarışlar beynəlxalq qaydalarla keçiriləcək”[:]
[:az]Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Heydər Məmmədəliyev 2019-cu ildə təşkil olunacaq bütün yarışların beynəlxalq qaydalarla keçiriləcəyini söyləyib.
Federasiya rəsmisi bu barədə belə deyib: “Yarışların əsas məqsədi beynəlxalq arenada Azərbaycanı təmsil edəcək idmançıları müəyyənləşdirməkdi. Federasiya milli komandanı yenidən formalaşdıracaq. Ona görə də ölkə çempionatı və federasiya kuboku uğrunda yarışlara ciddi önəm veriləcək. Çəki mərasimi yarışlar günü olacaq. Artıq heç kimə güzəşt edilməyəcək.
Bəzi ləvazimatlarla idmançıları federasiya təmin edəcək. Digər məsələlər idmançıların klublarına aiddir. Ölkə çempionatında iştirak edəcək bütün idmançılara eyni şərait yaradılacaq. Milli komandanın qapıları hamının üzünə açıqdır. Bizim üçün əsas hədəf dünya və Avropa çempionatında güclü heyətlə təmsil olunmaqdır”.
Qeyd edək ki, Azərbaycan MMA Federasiyasının cari ildə ilk yarışı martda olacaq.[:]