[:az]Heydər Heydərov qələbəylə başladı[:]
[:az]Bəhreyndə mma üzrə WMMAA və IMMAF-ın birgə təşkil etdiyi ilk dünya çempionatında mübarizəyə start verilib. Mixfight.az xəbər verir ki, Azərbaycan yığmasının bir təmsilçisi döyüşə qoşulub.
93 kq-da çıxış edən Heydər Heydərov ilk mərhələdə danimarkalı Andres Madsenə qalib gəlməklə növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Azərbaycan yığması səfərə 7 idmançıyla yollanıb. Dünya çempionatı noyabrın 18-də başa çatacaq.[:]