Hacıbabayev texniki nokautla qələbə qazandı
29 sentyabr 2018   /  Xəbərlər

Kazadan M-1 Challenge 97 qarışıq döyüş növləri üzrə beynəlxalq turnirə yekun vurulub. Mixfight.az xəbər verir ki, Azərbaycan təmsilçisi Baku Fighters klubunun idmançısı Hacıbaba Hacıbabayev inamlı qələbə qazanıb. Peşəkar rinqdə ilk görüşünə çıxan Hacıbabayev Rusiya təmsilçisi Zaxar Popeli məğlub edib.

Parterdə rəqibə çətin anlar yaşadan idmançımız tekniki nokautla qələbə əldə edib.

Comments are closed.