Həbib Nurməhəmmədovun atası: “Oğlumu cəzalandırsalar…”
05 dekabr 2018   /  Xəbərlər

UFC üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov son görüşdə baş verənlərə görə oğlunun cəzalanacağı təqdirdə dünya turuna çıxacağını deyib: “Əgər Həbib 9 aylıq cəzalandırılsa məşqləri dayandırmayacayıq. Dünya turuna çıxacayıq. Gün ərzində 3,5 saat məşq keçirik. Cəza olacağı halda oğlumun formadan düşməməsinə görə bütün diqqətimi ona yönəldəcəm.

Dünya turunda çoxlu sayda maraqlı şəhərlərlə tanış olacayıq. Malaziya və İndoneziyada olmaq istəyirik. Bu ölkələrdə müsülmanlar çoxluq təşkil edir. Onlar Həbiblə tanış olmaq istəyirlər”.

Qeyd edək ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında görüşdə baş verən qalmaqallara hüquqi qiymət verəcək iclas yanvarın 29-na təyin olunub.

Comments are closed.