[:az]Gündüz Nəbiyev Avropa çempionatında gümüş medal qazandı[:]
11 Noyabr 2016   /  MMA, Xəbərlər

[:az]Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən MMA üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan millisinin heyətində yeganə medalı Gündüz Nəbiyev qazanıb.

77 kq-da çıxış edən gənc idmançımız ardıcıl iki qələbədən sonra yarımfinalda çıxış etmək imkanı əldə edib. Burada Ermənistan idmançısı Serj Vardanyanı məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə MMA üzrə dünya çempionu Hacımurad Hiromaqomedovla (Rusiya) bacarmayan Gündüz Nəbiyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında baş məşqçi Etiqad Atakişiyevin rəhbərliyi altında çıxış edib.[:]

Comments are closed.