[:az]Fyodr Yemelyanenko Mett Mitrionla döyüşəcək[:]
[:az]2015-ci ilin yayında karyerasını bərpa edən qarışıq döyüş növlərinin canlı əfsanəsi Fyodr Yemelyanenko növbəti döyüşünü 2017-ci il fevralın 18-də keçirəcək. 40 yaşlı Fyodr San-Xose şəhərində (Kaliforniya) Mett Mitrionla qarşılaşacaq. Görüş “Bellator 171” turniri çərçivəsində baş tutacaq. 38 yaşlı Mitrion hazırda peşəkar reqbi oyunçusudur. O, 2009-16-cı illərdə UFC-də çıxış edib. 16 döyüşün 11-də qalib gəlib. Yemelyanenko isə 40 döyüşün 36-da qalib gəlib.[:]