Etiqad Atakişiyev: “Taleh kifayət qədər təcrübəyə malikdir”
17 noyabr 2016   /  MMA

Azərbaycan MMA Federasiyasının vitse-prezidenti, ölkəmizdə MMA üzrə ilk dünya çempionu Etiqad Atakişiyev sabah Moskvada keçiriləcək M-1 Challenge 72 turniri haqda danışıb. Rəsmi saytın suallarına cavab verən Azərbaycan millisinin baş məşqçisi Taleh Nəcəfzadəyə inandığını bildirib: “İdmançılarımızın belə mötəbər yarışda təmsil olunması böyük nailiyyətdir. M-1 Challenge yarışlarında ən güclülər mübarizə aparır. Azərbaycan döyüşçüsü Taleh Nəcəfzadə yüksək səviyyədə hazırlıq keçib. Mötəbər yarışa hazırlaşmaq üçün ona hər cür şərait yaradılıb. İdmançımıza ümidimiz böyükdür, Talehdən qələbə gözləyirəm.

Kifayət qədər təcrübəyə malikdir. Bu mənada Nəcəfzadə tapşırıqları düzgün yerinə yetirərsə rəqibə çətinlik yaratmağa nail olacaq. Yeni yaranan federasiya üçün hər yarışda uğur qazanmaq vacibdir. Taleh bir sıra böyük yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qoruyub. Moskvada da uğur qazanacağına inanırıq”.

Qeyd edək ki, ilin sonunda MMA üzrə Azərbaycan çempionatı keçiriləcək. Qalib və mükafatçılar Azərbaycan millisinə dəvət olunacaq.

Comments are closed.