Emeyev Sekuliçlə Moskvadakı UFC-də qarşılaşacaq
08 sentyabr 2018   /  MMA, Xəbərlər

Mixfight.az xəbər verir ki, Rusiya idmançısı Ramazan Emeyev debütant Stefan Sekuliçlə döyüşəcək. Görüş Moskvada təşkil olunan UFC üzrə turnirə təsadüf edəcək.

Qeyd edək ki, əslində Emeyev Klaudio Silvayla qarşılaşmalıydı. Braziliyalı idmançı belini zədələdiyinə görə təşkilatçılar onu dəyişməyə məcbur olub.

Moskvada UFC üzrə ilk beynəlxalq turnir sentyabrın 15-də Olimpiya Mərkəzində baş tutacaq.

 

Comments are closed.