“Dünya çempionatının Bakıda təşkil olunmasına çalışacağıq”
06 iyun 2016   /  Müsahibə

Mixfight.az Azərbaycan MMA Federasiyasının prezidenti və Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənovun müsahibəsini təqdim edir.

– Rövşən müəllim, sabah Bakıda “M-1 Challenge 67” yarışına start veriləcək. Yarışın əhəmiyyəti haqqında məlumat verərdiniz…

– M-1 MMA-nın tanınmış brendlərindən biridir. Sevindirici haldır ki, “M-1 Challenge 67” yarışı ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Yarışın Bakıda keçirilməsi təşəbbüsü həm “M-1 Global”, həm də Azərbaycan MMA Federasiyası tərəfindən irəli sürülüb. Biz çoxdandır bu təşkilatla əməkdaşlıq edirik. Bu, Azərbaycanda MMA üzrə peşəkar döyüşçülərin ilk mötəbər yarışıdır. Belə mötəbər yarışlar Azərbaycanda idmançılarımzın və idmanın inkişafına təkan olur.

– Yarışda neçə ölkə və idman iştirak edəcək?

– “M-1 Challenge 67” yarışında 15 ölkə 20 idmançı ilə iştirak edəcək. Azərbaycanı isə 3 idmançı təmsil edəcək. Onlar Etiqad Atakişiyev, Taleh Nəcəfov və Zaur Hacıbabayevdir.

– Gələcəkdə Azərbaycanda bu idman növü üzrə başqa beynəlxalq yarışlarında keçirilməyi planlaşdırılır?

– “M-1 Challenge 67” yarışını ildə bir dəfə Azərbaycanda keçirməyi planlaşdırırıq. 2018-ci ilin dünya çempionatının da Bakıda təşkil olunmasına çalışacağıq. Seçkilərdə Azərbaycanın dünya çempionatına ev sahibliyi etmək üçün qalib gəlmək şansları var. Dünya çempionatı bu il Çində, gələn isə Qazaxstanda keçiriləcək.

– Azərbaycan MMA federasiyası yeni rəsmi qeydiyyatdan keçib. Bundan öncə də MMA sahəsində çalışırdınız?

– Azərbaycan MMA Federasiaysı bu ilin fevral ayının 16-da rəsmi qeydiyyatdan keçib. Ondan öncə mən Dünya və Avropa MMA Assosiasiyalarında çalışıdrdım. İki il öncə Dünya MMA Assosiasiyasının fəxri prezidentinin rəhbərliyi ilə Hollandiyada keçirilən toplantıda mən Avropa Assosiasiyasının vitse-prezidenti seçdildim.

– Azərbaycanda federasiya yaradılmamışdan öncə Dünya Assosiasiyası idmançılarımızın beynəlxalq arenalarda çıxışına icazə verirdi?

– Azərbaycanda bu idman növü üzrə dünya, Avropa, Asiya çempionları, dünya kubokunun sahibləri var. Bu növün ölkəmizdə inkişafı üçün Azərbaycanda mötəbər yarışların keçirilməsi çox əhəmiyyətlidir. Federasiya yaradılmamışdan öncə, Dünya Assosiasiyasında təmsilçi kimi qeydiyyatda idik. Onda da idmançılarımız beynəlxalq yarışlarda iştirak edirdilər. İndi isə Dünya Assosiasiyasının daimi üzvü olduq. Ona görə idmançılarımız yarışlara artıq daimi üzv kimi qatılacaqlar.

– Azərbaycanda MMA üzrə ayrı-ayrı idmançılar fəaliyyət göstərirlər. Onlar da federasiya ətrafında birləşəcəklər?

– Federasiya rəsmiləşdiyinə görə, ayda 1-2 dəfə toplantılar keçiriləcək. MMA təmsilçiləri orada bir araya gələcək. Rəsmi federasiya olduğuna görə, bu idman növü üzrə qurumun qərarı əsas tutulmalıdır.

SİA

Comments are closed.