[:az]Cüdo üzrə dünya çempionatı 2018-ci ildə ilk dəfə Bakıda keçiriləcək[:ru]Чемпионат мира по дзюдо пройдет в Баку[:]
16 Avqust 2018   /  Xəbərlər

[:az]Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək.

Mixfight.az xəbər verir ki, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub. İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir: “2015-ci ildə ilk Avropa Oyunları Bakıda müvəffəqiyyətlə həyata keçirilib. Eyni zamanda cüdo üzrə “Böyük dəbilqə” turniri bir neçə ildir böyük uğurla təşkil olunur”.

Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını da keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.[:ru]Чемпионат мира по дзюдо в 2018 году пройдет в Баку.

Об этом заявил президент Международной федерации дзюдо Мариус Визер. Чемпионат мира по дзюдо откроется в столице Азербайджана Баку 20 сентября 2018 года.

[:]

Comments are closed.