Boser – Hacıbabayev görüşündə qalib olmadı
02 aprel 2019   /  Xəbərlər

Qazaxıstanda qarışıq döyüş növləri üzrə M-1 Challenge 101 adlı beynəlxalq turnir keçirilib. Azərbaycanı mötəbər yarışda dünya, Avropa çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib.

İdmançımızın rəqibi ABŞ təmsilçisi Tanner Bosser olub. Hər biri 5 dəqiqə olmaqla 3 raunddan ibarət görüşün sonunda qalib olmayıb. Hakimlər heç-heçə qeydə alaraq qələbəni heç kimə verməyib.

Qeyd edək ki, Zaur Hacıbabayev “Baku Figters” klubunun təmsilçisidir.

Comments are closed.