AZMMAF rəhbərliyi Gündüz Nəbiyevi təbrik etdi
11 noyabr 2016   /  MMA, Xəbərlər

Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov Rusiyada keçirilən Avropa çempionatında gümüş medal qazanan Gündüz Nəbiyev (77 kq) və Azərbaycan millisinin baş məşqçisi Etiqad Atakişiyevlə görüşüb. Gənc idmançını təbrik edən AZMMAF rəhbəri finala qədər keçirilən görüşlərdə onun mübarizlik və yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib. Rövşən Həsənov idmançıya gələcək yarışlarda uğurlar arzulayıb.

AZMMAF rəhbərliyi bundan sonra da idmançıların yüksək hazırlığı üçün hər cür şərait yaradılacağını söyləyib.

Comments are closed.