[:az]AZMMAF-nın prezidenti: “Hacıbabayevin qələbəsinə inanırdıq”[:]
01 Oktyabr 2018   /  Xəbərlər

[:az]Azərbaycan MMA Federasiyasının prezidenti, Ümumdünya MMA Assosiasiyanın vitse-prezidenti Rövşən Həsənov mixfight.az saytına idmançımız Hacıbaba Hacıbabayevin qələbəsi haqqında danışın.  Federasiya rəhbəri gənc döyüşçüyə inandığını bildirib: “Kazanda keçirilən yarışda rəqabət çox yüksək idi. İdmançımız yarışa 20 gün hazırlıq keçib. Məşqçilər kimi biz də ona inanırdıq. Rəqibin daha təcrübəli olması Hacıbabanın işini çətinləşdirirdi. Bununla belə o görüşü yüksək səviyyədə keçirdi. Rəqibə heç bir şans vermədi və texniki nokautla qələbə qazandı.

Azərbaycan MMA Federasiyası ölkə idmanına Zaur Hacıbabayev kimi döyüşçünü bəxş edib. İndi biz gənc Hacıbaba Hacıbabayevə inanırıq. Ümidimiz böyükdür. Fiziki göstəriciləri gələcəkdə Hacıbabanın böyük qələbələr qazanmağa qadir olduğunu göstərir”.

Qeyd edək ki, yaxın günlərdə Baku Fighters klubunun idmançısı Hacıbaba Hacıbabayevin növbəti görüşünün vaxtı açıqlanacaq.[:]

Comments are closed.