AZMMAF-ın prezidenti Vadim Finkelşteynlə görüşdü
03 fevral 2017   /  Xəbərlər

Azərbaycan MMA Federasiyasının mətbuat xidməti xəbər verir ki, Hollandiyada Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyasının Avropa üzrə konqresi keçirilir. Tədbirdə iştirak edən AZMMAF-ın prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov WMMAA-nın rəhbəri Vadim Finkelşteynlə görüş keçirib. Görüş zamanı V.Finkelşteyn 2016-cı ildə Bakıda keçirilən “M-1 Challenge 67 Odlar Diyarında döyüş”ü xatırladaraq yüksək təşkilatçılığa görə təşəkkür edib.

AZMMAF-ın prezidenti Rövşən Həsənov ölkədə MMA-a olan marağın ilbəil artıdğını və hazırda çoxlu sayda gəncin bu idman növüylə məşğul olduğunu söyləyib. Federasiya prezidenti qeyd edib ki, Azərbaycan gələcəkdə də MMA üzrə müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Comments are closed.