Azərbaycanlı idmançı Yaponiyada amerikalını məğlub etdi
19 iyun 2019   /  Xəbərlər

Azərbaycanlı idmançı Tofiq Musayev (-71 kq) peşəkar karyerasında növbəti qələbəsini qazanıb.

Mixfight.az  xəbər verir ki, o, Yaponiyanın Osaka şəhərində keçirilən “Rizin 16” turnirində amerikalı Daron Kruikşankla qarşılaşıb.

Rinqdə MMA qaydaları ilə keçirilən döyüş idmançımızın üstünlüyü şəraitində keçib. Görüşdə hakimlər qələbəni Tofiq Musayevə verib. Bu, Tofiqin 15-ci qələbəsi, ardıcıl isə 11-ci zəfəri olub. Onun rəqibi isə 12-ci dəfə məğlubiyyətlə barışıb.

Comments are closed.